Bank Of Baku

Avropa Parlamentinin prezidenti ilk dəfə NATO-nun mənzil-qərargahına gedib

Avropa Parlamentinin prezidenti ilk dəfə NATO-nun mənzil-qərargahına gedib
# 08 yanvar 2009 08:23 (UTC +04:00)
Brüssel. Aleksandr Kin-APA. Avropa Parlamentinin prezidenti Hans Qert Potterinq ilk dəfə olaraq NATO mənzil-qərargahına ayaq basıb. APA-nın Brüsseldəki xüsusi müxbirinin verdiyi məlumata görə, yanvarın 7-də NATO mənzil qərargahına gələn AP prezidenti qurumun baş katibi Yaap de Hoop Sxeffer ilə görüşüb. Potterinq bildirib ki, Avropa Parlamenti və NATO-nin mənzil qərargahı eyni şəhərdə yerləşsə də, bura birinci dəfədir gəlir: “Binalarımız coğrafi cəhətdən çox yaxın, mental cəhətdən isə uzaqdır. Hər iki institut daha sıx əlaqələr qurmalı və fikir mübadiləsi aparmalıdır. Mən NATO baş katibini yaxın günlərdə Avropa Parlamentini ziyarət etməyə çağırıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR