Bank Of Baku

Türkiyə ordusunun komandanlığı zabitlərin həbsi ilə bağlı fövqəladə toplantı keçirib

Türkiyə ordusunun komandanlığı zabitlərin həbsi ilə bağlı fövqəladə toplantı keçirib
# 08 yanvar 2009 08:55 (UTC +04:00)
Ankara – APA. Türkiyədə istefada olan generallar və hazırda orduda xidmət edən bəzi zabitlərin terror təşkilatı olduğu iddia edilən “Ergenekon”la bağlı istintaq çərçivəsində həbs edilməsi komandanlığın narahatlığına səbəb olub. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yanvarın 7-də yerli vaxtla saat 17.30-da Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında ordu rəhbərliyinin fövqəladə toplantısı keçirilib. Baş Qərargah rəisi İlkər Başbuğun sədrliyi ilə 6,5 saat davam edən toplantıda Quru Qüvvələrinin komandanı İşıq Koşanər, Hava Qüvvələrinin komandanı Aydoğan Babaoğlu və Jandarma Qüvvələrinin komandanı Atilla İşıq iştirak edib. Dəniz Qüvvələrinin komandanı Mətin Ataç paytaxtda olmadığı üçün görüşə qatılmayıb. İclasa Baş Qərargahın hüquqşünas zabitləri də çağırılıb. Ordu komandanlığı terror təşkilatı quraraq hökuməti devirmək cəhdində ittiham olunan zabitlərin məsələsini müzakirə edib. Yığıncaqla bağlı rəsmi açıqlama verilməyib. Yığıncağın keçirildiyi saatlarda İ. Başbuğun xanımı Sevil Başbuğun təşəbbüsü ilə ordu komandanlarının xanımları həbs olunmuş Təhlükəsizlik Şurasının keçmiş katibi Tuncər Qılıncın evinə gedərək onun həyat yoldaşı ilə görüşüblər.
Qeyd edək ki, bu gün İ. Başbuğ prezident Abdulla Güllə ənənəvi həftəlik görüş keçirəcək. Onun ordu rəhbərliyinin narahatlığını dövlət başçısına çatdıracağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR