Bank Of Baku

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bu həftə brifinq keçirməyəcək

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bu həftə brifinq keçirməyəcək
# 08 yanvar 2009 10:59 (UTC +04:00)
Ankara – APA. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bu həftə media üçün brifinq keçirməyəcək. APA-nın məlumatına görə, Baş Qərargahın saytında yerləşdirilən açıqlamada bildirilib ki, yanvarın 9-na təyin edilmiş brifinq baş tutmayacaq. Jandarma Qüvvələri komandanı Atilla İşıq da Trabzon və Giresun şəhərlərinə planlaşdırılmış səfərini təxirə salıb.
Qeyd edək ki, yanvarın 7-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında ordu rəhbərliyinin fövqəladə toplantısı keçirilib. Baş Qərargah rəisi İlkər Başbuğun sədrliyi ilə 6,5 saat davam edən toplantıda terror təşkilatı quraraq hökuməti devirmək cəhdində ittiham olunan zabitlərin məsələsi müzakirəyə çıxarılıb. Yığıncaqdan sonra hər hansı açıqlama verilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR