Bank Of Baku

“Qazprom”, “Naftoqaz Ukrainı” şirkətlərinin rəhbərləri və Avropa Birliyinin enerji komissarının görüşü təxirə salınıb

“Qazprom”, “Naftoqaz Ukrainı” şirkətlərinin rəhbərləri və Avropa Birliyinin enerji komissarının görüşü təxirə salınıb
# 08 yanvar 2009 13:55 (UTC +04:00)
Brüssel – APA. Rusiyanın “Qazprom” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Miller, Ukraynanın “Naftoqaz Ukrainı” şirkətinin İdarə Heyətinin sədri Oleq Dubina və Avropa Birliyinin enerji üzrə komissarı Andris Piebalqs arasında bu gün Brüsseldə keçirilməsi planlaşdırılan görüş təxirə salınıb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, O. Dubina görüşün “Qazprom”un təşəbbüsü ilə təxirə salındığını açıqlayıb. Rusiya tərəfi isə belə bir görüşün planlaşdırılmadığını bildirib.

Qeyd edək ki, A. Miller və O. Dubina yanvarın 8-nə keçən gecə Moskvada danışıqlar aparıblar. Amma bu görüşdə hər hansı razılıq əldə olunmayıb. Hər iki dövlət məmuru səhər saatlarında Brüsselə uçub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR