Bank Of Baku

Türkiyə ordusunun komandanı “Ergenekon” məsələsi ilə bağlı prezident və baş nazirlə görüşüb - YENİLƏNİB

Türkiyə ordusunun komandanı “Ergenekon” məsələsi ilə bağlı prezident və baş nazirlə görüşüb - <font color=red>YENİLƏNİB</font>
# 08 yanvar 2009 14:01 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, prezident Abdulla Güllə ənənəvi həftəlik görüşə yollanan İ. Başbuğun avtomobili qəflətən yolunu dəyişərək baş nazirin iqamətgahına doğru yönəlib. Eyni vaxtda daxili işlər naziri Bəşir Atalay prezident A. Güllə görüşə çağırılıb. Görüşlərin yanvarın 7-də aparılan hay-küylü həbslərlə bağlı olduğu şübhə doğurmur.

Başbuğ – Ərdoğan görüşü 1 saat 20 dəqiqə davam edib. Baş nazirin mətbuat xidmətindən verilən qısa açıqlamada bildirilib ki, Baş Qərargah rəisinin təşəbbüsü ilə keçirilən görüşdə son hadisələr müzakirə edilib. İ. Başbuğ daha sonra prezident A. Gülün qəbuluna yollanıb. İ. Başbuğ – A. Gül görüşü 50 dəqiqə davam edib.

Qeyd edək ki, yanvarın 7-də Türkiyə Təhlükəsizlik Şurasının sabiq katibi, istefada olan ordu generalı Tuncər Qılınc, 2-ci ordunun keçmiş komandanı, istefada olan ordu generalı Kamal Yavuz, Baş Qərargahın sabiq hüquq müşaviri, istefada olan general Ərdal Şənəl və hazırda orduda xidmət edən bir qrup zabit həbs edilib. Həbslərdən sonra Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında ordu rəhbərliyinin fövqəladə toplantısı keçirilib. Baş Qərargah rəisi İlkər Başbuğun sədrliyi ilə 6,5 saat davam edən toplantıda “Ergenekon” adlı terror təşkilatı quraraq hökuməti devirmək cəhdində ittiham olunan zabitlərin məsələsi müzakirəyə çıxarılıb. Yığıncaqdan sonra hər hansı açıqlama verilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR