Bank Of Baku

Nikola Sarkozi: “Rusiya müqavilə öhdəliklərini yerinə yetirməlidir”

Nikola Sarkozi: “Rusiya müqavilə öhdəliklərini yerinə yetirməlidir”
# 08 yanvar 2009 15:28 (UTC +04:00)
Paris – APA. Fransa prezidenti Nikola Sarkozi Rusiyanı Avropa qarşısındakı müqavilə öhdəliklərini yerinə yetirməyə çağırıb. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, Parisdə Almaniya kansleri Angela Merkellə görüşdükdən sonra mətbuat konfransı keçirən N. Sarkozi bildirib ki, hazırkı qaz böhranı Ukrayna ilə Rusiya arasındakı münaqişədən irəli gəlir: “Biz Rusiya və Ukraynanı razılığa gəlmək üçün müzakirə aparmağa çağırırıq”.
Avropa Parlamentinin Beynəlxalq Münasibətlər Komitəsinin Brüsseldə keçirilən iclasında isə Avropa Komissiyasının təmsilçilərindən biri qaz kəsintisi ilə bağlı “Qazprom”un arqumentlərinin əsassız olduğunu bəyan edib: “Ukraynanın tranzit qazının bir hissəsini götürdüyü barədə “Qazprom”un arqumentləri qaz ixracını dayandırmaq üçün əsas ola bilməz”. O, Avropa Komissiyasının Rusiya və Ukrayna arasındakı danışıqlarda iştirak etməyəcəyini və tərəflərdən heç birini dəstəkləməyəcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR