Bank Of Baku

Rusiya qazının tranzitinə nəzarət edəcək komitə yaradılması nəzərdə tutulur

Rusiya qazının tranzitinə nəzarət edəcək komitə yaradılması nəzərdə tutulur
# 08 yanvar 2009 16:36 (UTC +04:00)
Brüssel. Aleksandr Kin-APA. Almaniyanın federal kansleri Angela Merkel Rusiyanın baş naziri Vladimir Putinə qaz tranzitinə nəzarət üzrə komitə yaradılmasını təklif edib. APA-nın Brüsseldəki xüsusi müxbirinin verdiyi məlumata görə, bu barədə jurnalistlərə “Qazprom”un İdarə Heyətinin sədri Aleksandr Miller məlumat verib. O, ölkəsinin bu təşəbbüsü tam şəkildə dəstəklədiyini bildirib: “Biz artıq Rusiya qazının idxalçısı olan Avropanın qaz şirkətlərinə komitənin tərkibinə daxil olmaqla bağlı təkliflər göndərmişik. İndiyə kimi 10 şirkət komitəyə üzv olmağa hazır olduğunu bildirib. Komitəyə həmçinin Avropa Komissiyasının, Rusiya və Ukrayna energetika nazirliklərinin nümayəndələri daxil olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR