Bank Of Baku

Türkiyədə qardaşı şəhid olan şəxslər hərbi xidmətə çağırılmayacaq

Türkiyədə qardaşı şəhid olan şəxslər hərbi xidmətə çağırılmayacaq
# 08 yanvar 2009 16:48 (UTC +04:00)
İstanbul-APA. Türkiyə parlamentinin milli təhlükəsizlik komissiyası “Əsgərlik haqqında” qanuna dəyişiklikləri qəbul edib. APA-nın məlumatına əsasən, dəyişikliklər hərbi qulluğa çağırış qaydalarına yeniliklər edilməsini nəzərdə tutur. Bu dəyişikliklərə əsasən, hərbi xidmətdə vəzifə borcunu yerinə yetirərkən şəhid olan, taleyi naməlum qalan, itkin düşdüyü bildirilən əsgərlərin qardaşları hərbi xidmətə çağırılmayacaq. Bundan başqa qanuna valideynlərdən birini itirmiş şəxslərin də əsgərliyə çağırılmasını məhdudlaşdıran dəyişikliklər edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR