Bank Of Baku

General Vəli Kiçik: “Türkiyənin ən dəyərli insanlarını həbs etdirənlər tarix qarşısında cavab verəcəklər”

General Vəli Kiçik: “Türkiyənin ən dəyərli insanlarını həbs etdirənlər tarix qarşısında cavab verəcəklər”
# 08 yanvar 2009 17:04 (UTC +04:00)
Ankara-APA. “Dünən həyata keçirilən həbslər hamımızı ciddi şəkildə təəssüfləndirib. Bu hadisələr təkcə mənim deyil, burada olan insanların hamısının gözlərini doldurub”. APA-nın məlumatına görə, həbsdə olan türk generalı Vəli Kiçik “Ergenekon” işi ilə bağlı dünən həyata keçirilən həbslərə münasibətini belə açıqlayıb. O, saxta bir iddia əsasında Türkiyənin ən görkəmli insanlarını həbs edənlərin tarix qarşısında cavab verəcəyini bildirib: “Prokuror Zəkəriyyə Öz məzarlıqları gəzərək qəbirlərdən “Ergenekon”un öldürdüyü adam varmı, səsimə səs versin” deyir. Biz Vətənimizi sevdiyimiz üçün buradayıq. Dünən baş verən hadisələr Türkiyənin hansı vəziyyətə gətirildiyini bir daha göstərdi”.

İşçi Partiyasının sədri Doğu Perincək də məhkəmədə çıxışı zamanı dünən həyata keçirilən həbslərə münasibət bildirib: “Türkiyədə iqtidarı qanunsuz olaraq mənimsəyənlər dövlət çevrilişini sona çatdırmaq məqsədilə bir çox hörmətli generalları, professorları, Türkiyənin fəxri baş prokurorunu həbs etmək fikrinə düşüblər. Bu həbslər ABŞ və İsrailin Türkiyə dövləti və ordusuna qarşı həyata keçirdiyi əməliyyatdır. Bu, düşmən ordusunun əməliyyatıdır. Türkiyə Silahlı Qüvvələri öz generallarını düşmən ordusuna təslim edib. Bu, bir böhran vəziyyətidir, amma bu böhrandan da alnı açıq çıxacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR