Bank Of Baku

Havyer Solana: “Qəzzada baş verən faciələrin qarşısının alınmasında Türkiyə mühüm rol oynaya bilər”

Havyer Solana: “Qəzzada baş verən faciələrin qarşısının alınmasında Türkiyə mühüm rol oynaya bilər”
# 08 yanvar 2009 17:07 (UTC +04:00)
Bakı - APA. Türkiyədə səfərdə olan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik komissarı Havyer Solana prezident Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşüb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, H. Solananı ilk olaraq baş nazir qəbul edib. 45 dəqiqəlik görüşdən sonra komissar prezident Gülün qəbulunda olub. Görüşlərdən sonra mətbuat konfransı keçirən H. Solana danışıqlarda Qəzzada vəziyyəti müzakirə etdiklərini bildirib. Qəzzada ən qısa zamanda atəşkəsin əldə olunmasını istədiklərini qeyd edən komissar Ankaraya səfərinin məqsədinin də Yaxın Şərqdə baş verən dramatik böhranın qarşısının alınması yollarını aramaq olduğunu vurğulayıb: “Ankarada səmərəli görüşlər keçirdik. Qəzzada baş verən faciələrin qarşısını alınmasında Türkiyə mühüm rol oynaya bilər”.

Misir və Fransa prezidentlərin münaqişənin nizamlanması üçün təklif etdiyi planın bir çox dövlətlər, o cümlədən İsrail tərəfindən qəbul edildiyini önə çəkən komissar ən yaxın zamanda atəşkəs əldə olunacağına ümid yarandığını vurğulayıb. O, Qəzza probleminin həllində Aİ ilə Türkiyənin mövqeyinin üst-üstə düşdüyünü qeyd edərək, indi hər kəsin atəşkəsə nail olunmasına çalışdığını deyib.

Türkiyənin Qəzza probleminin həllində göstərdiyi səyləri yüksək qiymətləndirən Aİ komissarı buna görə rəsmi Ankaraya təşəkkür edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR