Bank Of Baku

Türkiyədə həbs edilmiş generallar polisə ifadə verməkdən imtina ediblər

Türkiyədə həbs edilmiş generallar polisə ifadə verməkdən imtina ediblər
# 09 yanvar 2009 08:21 (UTC +04:00)
İstanbul – APA. Yanvarın 7-də terror təşkilatı olduğu iddia edilən “Ergenekon”la bağlı aparılan istintaq çərçivəsində həbs edilmiş 39 nəfərin İstanbul Əmniyyət Müdirliyində (polis təşkilatı) dindirilməsi davam edir. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, Təhlükəsizlik Şurasının keçmiş katibi, istefada olan ordu generalı Tuncər Qılınc, Hərbi Akademiyaların keçmiş komandanı, 2-ci ordunun sabiq komandanı, istefada olan ordu generalı Kamal Yavuz və Baş Qərargahın keçmiş hüquq müşaviri, istefada olan general Ərdal Şənəl polisə ifadə verməyəcəklərini və susmaq hüquqlarından istifadə edəcəklərini bildiriblər. Generallar təcridxanada deyil, qonaqlar üçün ayrılmış otaqda saxlanılır.
Qeyd edək ki, qanuna əsasən polis vətəndaşı 48 saat müddətinə saxlaya bilər. Prokurorlar bu müddəti 3 gün uzatmaq hüququna malikdir. Bu müddət bitdikdən sonra saxlanılan şəxslər ya buraxılmalı, ya da həbs qətimkan tədbiri seçilməsi tələbi ilə növbətçi məhkəmə önünə çıxarılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR