Bank Of Baku

Türkiyədə Avropa Birliyi ilə müzakirələr üçün yeni baş müzakirəçi təyin edilib

Türkiyədə Avropa Birliyi ilə müzakirələr üçün yeni baş müzakirəçi təyin edilib
# 09 yanvar 2009 08:32 (UTC +04:00)
Ankara – APA. Ədalət və İnkişaf Partiyasının üzvü, millət vəkili Egemen Bağış hökumətdə dövlət naziri vəzifəsinə təyin edilib. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, E. Bağış Avropa Birliyinin orqanları ilə aparılan müzakirələrdə baş müzakirəçi olacaq. İndiyə qədər baş müzakirəçi xarici işlər naziri Əli Babacan idi.
Qeyd edək ki, 1970-ci il təvəllüdlü E. Bağış baş nazir Rəcəb Tayyib Ərdoğanın beynəlxalq məsələlər üzrə müşaviri, Türkiyə-ABŞ parlamentlərarası dostluq qrupunun sədri, NATO Parlament Assambleyasının Transatlantik Komitəsinin sədri vəzifələrində çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR