Bank Of Baku

Avropaya qaz nəqlinin monitorinqini aparacaq missiyanın yaradılması barədə razılıq əldə olunub

Avropaya qaz nəqlinin monitorinqini aparacaq missiyanın yaradılması barədə razılıq əldə olunub
# 09 yanvar 2009 10:27 (UTC +04:00)
Brüssel. Aleksandr Kin-APA. Avropa Komissiyası qaz nəqlinin monitorinqini aparacaq missiyanın yaradılması haqqında razılaşma əldə olunduğunu bəyan edib. APA-nın Brüsseldəki xüsusi müxbirinin məlumatına görə, Avropa Komissiyasının nümayəndəsi Ferran Tarradellas bildirib ki, monitorinq missiyasının fəaliyyəti ilə bağlı bütün detallar razılaşdırılıb. Onun sözlərinə görə, Brüsseldə dünən başa çatan danışıqlardan sonra Avropa Komissiyası Rusiya və Ukrayna təmsilçiləri ilə bir neçə dəfə əlaqə saxlayıb: “Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Ukrayna prezidenti, energetika məsələləri üzrə komissar isə rusiyalı həmkarları ilə əlaqə saxlayıb. Artıq Avropa İttifaqı ərazisinə qaz nəqlinə başlamaq mümkündür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR