Bank Of Baku

Ankarada silah-sursat və partlayıcı maddələr tapılıb

Ankarada silah-sursat və partlayıcı maddələr tapılıb
# 09 yanvar 2009 11:05 (UTC +04:00)
Ankara – APA. Türkiyədə terror təşkilatı olduğu iddia edilən “Ergenekon”la bağlı istintaq çərçivəsində həbs edilmiş Əmniyyət Müdirliyinin (polis təşkilatı) Özəl Hərəkat (xüsusi əməliyyatlar) İdarəsinin keçmiş rəis əvəzi İbrahim Şahinin evində tapılan sxem əsasında aparılan axtarış nəticəsində çoxlu sayda silah-sursat və partlayıcı maddə tapılıb. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, polis sxem əsasında Ankaranın Gölbaşı səmtində qazıntı aparıb. Qazıntılar nəticəsində zirehli maşınlara qarşı istifadə olunan qumbaraatan tipli 3 silah, 30 əl qumbarası, “Uzi” avtomatına məxsus patronlar və partlayıcı maddələr aşkarlanıb. Tapılan silah-sursat və partlayıcı maddələr “Ergenekon”la bağlı istintaqın aparıldığı İstanbula göndəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR