Bank Of Baku

Daha 4 Avropa ölkəsi Bolqarıstan və Rumıniyadan olan işçi qüvvəsi üçün işləmək məhdudiyyətini aradan qaldırıb

Daha 4 Avropa ölkəsi Bolqarıstan və Rumıniyadan olan işçi qüvvəsi üçün işləmək məhdudiyyətini aradan qaldırıb
# 09 yanvar 2009 12:11 (UTC +04:00)
Brüssel. Aleksandr Kin-APA. Avropa İttifaqına üzv daha 4 ölkə Bolqarıstan və Rumıniyadan olan işçi qüvvəsi üçün məhdudiyyətləri aradan qaldırıb. APA-nın Brüsseldəki xüsusi müxbirinin verdiyi məlumata görə, Bolqarıstan və Rumıniyadan olan işçi qüvvəsinə məhdudiyyəti aradan qaldırmaq barədə məhdudiyyətlərin aradan qaldırılması barədə sazişə Yunanıstan, İspaniya, Macarıstan və Portuqaliya da qoşulub. Artıq bolqar və rumın işçilər Avropa İttifaqının 14 ölkəsində sərbəst şəkildə işləmək hüququna malikdir. Qeyd olunan 4 dövlətdən başqa Çexiya, Estoniya, Kipr, Latviya, Litva, Polşa, Sloveniya, Slovakiya, Finlandiya və İsveç də öz əmək bazarını bolqar və rumın işçilər üçün açıq elan edib. Danimarka isə bu sazişə mayın 1-dən qoşulmaq niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR