Bank Of Baku

Qaz məsələsi ilə bağlı Rusiya, Ukrayna və Avropa Birliyi arasında razılıq əldə edilib

Qaz məsələsi ilə bağlı Rusiya, Ukrayna və Avropa Birliyi arasında razılıq əldə edilib
# 09 yanvar 2009 12:51 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın “Qazprom” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Aleksey Miller prezident Dmitri Medvedevlə görüşündə deyib. O, gün ərzində (yanvarın 9-da) protokolun imzalanacağına ümid etdiklərini söyləyərək bundan dərhal sonra qaz ixracına başlayacaqlarını bildirib.
Avropa Komissiyası da qaz ixracının monitorinqinin aparılmasına dair razılıq əldə olunduğunu açıqlayıb. Komissiyanın nümayəndəsi Ferran Tarradellas Espuni yanvarın 8-də Brüsseldə aparılan danışıqlar, Rusiya və Ukrayna rəhbərliyi ilə müzakirələrdən sonra tərəflərlə razılığa gəldiklərini bəyan edib: “İndi tezliklə və gecikmədən Avropa Birliyi ölkələrini qazla təchiz etməyə başlamaq lazımdır”.
Bu gün avropalı müşahidəçilər Rusiya qazının tranzitinə nəzarət etmək üçün Ukraynaya yollanacaqlar. Yanvarın 8-də “Naftoqaz Ukrainı” və Avropa Birliyi arasında Müşahidəçilərin fəaliyyəti barədə saziş imzalanıb. Ukrayna tərəfi rusiyalı müşahidəçilərin də ölkəyə gəlişinə etiraz etmədiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR