Bank Of Baku

AŞ PA Bürosu Qəzzadakı vəziyyətlə bağlı bəyanat qəbul edib

AŞ PA Bürosu Qəzzadakı vəziyyətlə bağlı bəyanat qəbul edib
# 09 yanvar 2009 15:45 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Bürosunun İspaniyanın Barselona şəhərində keçirilən iclasında Qəzza zolağındakı vəziyyətlə bağlı bəyanat qəbul olunub. APA-nın Avropa Şurasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bəyanatda BMT Təhlükəsizlik Şurasının yanvarın 8-də qəbul etdiyi qətnaməyə tam dəstək ifadə olunur və hər iki tərəf atəşi dərhal dayandırmağa çağırılır: “Assambleya hər zaman sülhü və insan haqlarını dəstəkləyir. Ona görə də son günlər ərzində zorakılığın artmasını qəbul edə bilmərik. Problemin həllinin yeganə yolu atəşin dayandırılması, dialoq və danışıqlar aparılmasıdır”.
Bəyanatda bildirilir ki, İsrailin KİV nümayəndələrini Qəzzaya buraxmaması AŞ-nin prinsiplərinə uyğun deyil: “KİV azadlığı demokratiyanın əsas tələblərindən biridir”.
Büro AŞ PA-nın yanvarın 26-30-da keçiriləcək qış sessiyasında Qəzza sektorundakı vəziyyətin müzakirəsi, İsrail və Fələstin nümayəndələrinin də bu müzakirələrə dəvət olunması təklifi ilə çıxış etməyi də qərara alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR