Bank Of Baku

“Sistem of a Down”-un qondarma “erməni soyqırımı”na həsr olunmuş mahnı ilə Ermənistanı “Eurovision-2009”-da təmsil etməsinə icazə verilməyib

“Sistem of a Down”-un qondarma “erməni soyqırımı”na həsr olunmuş mahnı ilə Ermənistanı “Eurovision-2009”-da təmsil etməsinə icazə verilməyib
# 10 yanvar 2009 20:44 (UTC +04:00)
Avropa Yayım Birliyi qərarını mahnının siyasi motivli olması ilə izah edib.

Qeyd edək ki, SOAD-ın qondarma “erməni soyqırımı”na həsr olunmuş mahnısının sözlərində Türkiyənin, Atatürkün, Nuru Paşanın, Tələt Paşanın və digər nüfuzlu şəxslərin ünvanına təhqiramiz ifadələr yer alıb. Türkiyənin kəskin etirazlarından sonra, həmçinin, mahnının siyasi motivli olması səbəbindən Avropa Yayım Birliyi qrupun “Eurovision-2009”-da iştirakına icazə verməyib. Onu da əlavə edək ki, “Eurovision”-un formatına əsasən, yarışmada siyasi motivli mahnılar ifa etmək qadağandır.

Qrupdan da belə bir qərarın olduğunu və “Eurovision-2009”-da Ermənistanı təmsil etməyəcəklərini təsdiqləyiblər.

Xatırladaq ki, “Eurovision-2009” yarışması Rusiyanın paytaxtı Moskvada keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR