Bank Of Baku

Joze Manuel Barrozu: “İmzalanmış protokol Avropaya qaz nəqlinin bərpasına imkan verəcək”

Joze Manuel Barrozu: “İmzalanmış protokol Avropaya qaz nəqlinin bərpasına imkan verəcək”
# 12 yanvar 2009 08:01 (UTC +04:00)
Brüssel-APA. Avropa Komissiyasının prezidenti Joze Manuel Borrozu və Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Andris Piebalqs qaz nəqlinin tranzitinə dair protokol imzalanmasını alqışlayıblar. APA-nın Brüsseldəki xüsusi müxbirinin verdiyi məlumata görə, hər iki şəxs bu hadisə ilə bağlı bəyanat yayıblar. Barrozunun bəyanatında bildirilir ki, Rusiya, Ukrayna və Avropa Komissiyasının imzaladığı protokol Rusiyadan Avropa İttifaqı ərazisinə qaz nəqlinin bərpasına imkan verəcək. Andris Piebalqs isə monitorinq komissiyasının səlahiyyətlərinin razılaşdırıldığını və Avropaya qaz nəqlinin tezliklə bərpa olunacağını bildirib. Qeyd edək ki, yanvarın 10-da Ukrayna, Rusiya və Avropa Komissiyası Rusiya qazının tranzit nəqlinin monitorinqinə dair protokol imzalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR