Bank Of Baku

Türkiyədə son “Ergenekon” əməliyyatında həbs edilmiş generalların hamısı azadlığa buraxılıb

Türkiyədə son “Ergenekon” əməliyyatında həbs edilmiş generalların hamısı azadlığa buraxılıb
# 12 yanvar 2009 08:18 (UTC +04:00)
İstanbul – APA. Türkiyədə terror təşkilatı olduğu iddia edilən “Ergenekon”a üzv olduqları şübhəsi ilə yanvarın 7-də polis tərəfindən saxlanılmış generalların hamısı sərbəst buraxılıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dindirilmələri başa çatan Milli Təhlükəsizlik Şurasının sabiq katibi, istefada olan ordu generalı Tuncər Qılınc, Baş Qərargahın keçmiş hüquq müşaviri, istefada olan general Ərdal Şənəl və 2-ci ordunun sabiq komandanı, istefada olan ordu generalı Kamal Yavuz azad ediliblər. Ümumilikdə dindirilmələri başa çatan 33 nəfərdən 15-i buraxılıb, 15-i həbs edilib, 3 nəfərlə bağlı prosedur isə davam edir. Sərbəst qalanların arasında Ali Təhsil Şurasının keçmiş sədri, professor Kamal Gürüz, qərargah polkovniki İlyas Çinar, istefada olan polkovnik Hüseyn Vural Vural, Yedditəpə Universitetinin rektoru Bədrəddin Dalanın oğlu Barış Dalan da var. Tanınmış yazıçı, jurnalist, tarixçi, sosioloq, professor Yalçın Kiçik, xüsusi təyinatlı polis qüvvələrinin sabiq komandiri, polkovnik İbrahim Şahin və digər şəxslər haqqında isə həbs qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR