Bank Of Baku

Çexiya baş nazirinin müavini: “”Nabucco” qaz kəmərinin tikintisi 2015-ci ildə başa çata bilər”

Çexiya baş nazirinin müavini: “”Nabucco” qaz kəmərinin tikintisi 2015-ci ildə başa çata bilər”
# 12 yanvar 2009 08:28 (UTC +04:00)
Praqa – APA. Mərkəzi Asiya qazını Avropaya daşıyacaq alternativ qaz boru kəməri – “Nabucco”nun tikintisi 2015-ci ildə başa çata bilər. APA-nın məlumatına görə, bunu Çexiya radiosuna açıqlamasında bu ölkə baş nazirinin Avropa məsələləri üzrə müavini Aleksandr Vondra deyib. O, Çexiyanın Avropa Birliyinə sədrliyi müddətində bu layihə ilə bağlı hazırlıqların sürətlənəcəyini bəyan edib. Ancaq Çexiya radiosu öz şərhində bu layihənin həyata keçirilməsi yolunda bir sıra çətinliklərin olduğunu bildirib. Belə ki, hələlik əsas hasilatçı ölkələr - Xəzəryanı dövlətlərin konsorsiumu yaradılmayıb. Çexiya hökuməti bu ilin yazında “Nabucco”da iştirak edəcək ölkələrin sammitini keçirmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR