Bank Of Baku

İbrahim Şahin: “Ermənilərin Türkiyədəki gizli fəaliyyətləri barədə məlumatları MİT-ə çatdırırdım”

İbrahim Şahin: “Ermənilərin Türkiyədəki gizli fəaliyyətləri barədə məlumatları MİT-ə çatdırırdım”
# 12 yanvar 2009 09:33 (UTC +04:00)
İstanbul – APA. Yanvarın 7-də “Ergenekon” əməliyyatı çərçivəsində saxlanılmış Türkiyə Əmniyyət Müdirliyinin (polis təşkilatı) Özəl Hərəkat (xüsusi əməliyyatlar) İdarəsinin keçmiş rəis əvəzi, istefada olan polkovnik İbrahim Şahin haqqında həbs-qətimkan tədbiri seçilib. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, İ. Şahin prokurorluqda və növbətçi məhkəmədə verdiyi ifadələrdə barəsindəki ittihamlara münasibət bildirib. O, Türkiyədəki ermənilər haqqında nə üçün məlumat topladığı haqda suala cavabında bu məlumatları ölkənin kəşfiyyat qurumu – Milli İstihbarat Təşkilatına çatdırdığını deyib: “Əsl adı Matit olan Sərpil adlı erməni qadın Ərzincan bölgəsində qızıl axtarırdı. Mənə bu qadının cənub-şərq bölgəmizdə bir çox ev alaraq xarici ölkələrdən erməniləri gətirib oraya yerləşdirdiyini dedilər. Bunu MİT-də çalışan tanışlarıma söylədim. Onlar da ətraflı məlumat istədilər”. İ. Şahin Sivas bölgəsində də ermənilərin hər ay toplandıqlarını və bununla bağlı məlumat topladığını söyləyib. O, kürdlərdən ibarət Demokratik Toplum Partiyasında 520 erməni olduğunu öyrəndiyini və bu şəxslərin adlarını dəqiqləşdirməyə çalışdığını da vurğulayaraq heç kimə qarşı sui-qəsd planlaşdırmadığını bəyan edib. Keçmiş polis zabiti PKK terror təşkilatının İraqla sərhəddəki Aktütün sərhəd zastavasına hücumu haqda 20-25 gün əvvəl məlumat aldığını və bu informasiyanı da MİT-ə ötürdüyünü söyləyib. Polkovnik Ankaranın Gölbaşı səmtində yerin altından tapılan silahların ona məxsus olmadığını deyib: “Əlimdə silah olsa ora yox, heç kimin tanımadığı kimsəsiz ərazilərə basdırardım”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR