Bank Of Baku

AŞPA rəhbərliyi Rusiya ilə Gürcüstan arasında müharibənin nəticələrini müzakirə etmək üçün Moskvaya səfər edəcək

AŞPA rəhbərliyi Rusiya ilə Gürcüstan arasında müharibənin nəticələrini müzakirə etmək üçün Moskvaya səfər edəcək
# 12 yanvar 2009 12:06 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Yanvarın 18-19-da Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) rəhbərlər komitəsi Moskvaya səfər edəcək. APA-nın məlumatına görə, nümayəndə heyətinin tərkibinə Avropa Şurasının baş katibi Terri Devis, AŞPA sədri Luis Mariya de Puç, siyasi qrup rəhbərləri daxildir. Səfərin məqsədi “Gürcüstan ilə Rusiya arasında müharibənin nəticələri barədə” 1633 saylı qətnamənin yerinə yetirilməsinin monitorinqini aparmaqdır. Nümayəndə heyəti Rusiya prezidenti, xarici işlər naziri, parlamentinin hər iki palatasının sədrləri, Rusiyanın AŞPA-kı nümayəndə heyəti ilə görüşlər keçirəcəklər. Qeyd edək ki, analoji səfər oktyabrın 30-da Gürcüstana edilib. Yanvarın 28-da AŞPA-nın sessiyasında Rusiya ilə Gürcüstan arasında baş vermiş müharibə və onun nəticələrinə həsr olunmuş müzakirələr aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR