Bank Of Baku

Türkiyənin keçmiş prezidenti xəstələnib

Türkiyənin keçmiş prezidenti xəstələnib
# 13 yanvar 2009 15:34 (UTC +04:00)
İzmir – APA. Türkiyənin 7-ci prezidenti Kənan Evrenin səhhəti pisləşib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İzmirdə yaşayan K. Evren bu gün təcili yardım maşını ilə şəhərdəki hərbi hospitala aparılıb. Müayinə nəticəsində soyuqdəymə diaqnozu qoyulan 92 yaşlı generalın müalicəsinə başlanılıb.

Qeyd edək ki, 1917-ci il təvəllüdlü K. Evren 1978-ci ildə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin olunub. O, 1980-ci il sentyabrın 12-də hərbi çevriliş edərək hakimiyyətə əlində cəmləşdirib və öz sədrliyi ilə Milli Təhlükəsizlik Şurası yaradıb. 1982-ci ildə ümumxalq referendumu ilə qəbul olunan Konstitusiyanın müvəqqəti 1-ci maddəsi əsasında 1983-cü ildə prezident seçilib və 7 il bu vəzifədə çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR