Bank Of Baku

İsrailin Fələstində keçirdiyi əməliyyata etiraz edən Türkiyə vətəndaşı özünü yandırıb

İsrailin Fələstində keçirdiyi əməliyyata etiraz edən Türkiyə vətəndaşı özünü yandırıb
# 13 yanvar 2009 15:51 (UTC +04:00)
APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, Gümüşhanə bölgəsindən İstanbula gələn 62 yaşlı İbrahim Ulucan boynundan İsrail əleyhinə şüarlar yazılmış kağızlar asaraq yerli vaxtla saat 14.30-da Taksim meydanına yollanıb. Burada o, üstünə benzin tökərək özünə od vurub. Ətrafdakı vətəndaşların və polis əməkdaşlarının təcili müdaxiləsi ilə yanğını tezliklə söndürmək mümkün olub. Əlində, üzündə və dizlərində yanıq yaraları olan İ. Ulucan polis tərəfindən yaxınlıqdakı xəstəxanaya aparılıb. İ. Ulucan avtomobilə mindirilərkən “Fələstin yandı. Mən yansam nə olacaq ki?!” deyə qışqırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR