Bank Of Baku

Yunanıstan ABŞ-ın İsrailə döyüş sursatı göndərməsini əngəlləyib

Yunanıstan ABŞ-ın İsrailə döyüş sursatı göndərməsini əngəlləyib
# 14 yanvar 2009 07:26 (UTC +04:00)
APA-nın məlumatına görə, Pentaqondan AFP-yə bildiriblər ki, Yunanıstan hərbi yükün öz limanlarından İsrailə göndərilməsinə razılıq verməyib. Mənbə deyib ki, İsrailə döyüş sursatı göndərmək barədə razılıq hələ Qəzzada hərbi əməliyyatın başlamasından əvvəl – 2008-ci ilin yayında əldə edilib. Hərbi yük Yunanıstanın Astakos limanından İsrailin Aşdod limanına göndərilməli imiş. Yanvarın 12-də informasiya agentlikləri Pentaqona istinadən belə bir xəbər yayıblar ki, Qəzzada hərbi əməliyyatın keçirildiyi bir vaxtda yükün təhlükəsizliyini təmin etmək mümkün olmadığından ABŞ İsrailə hərbi sursat göndərməyi təxirə salıb. Ancaq yanvarın 13-də Pentaqonun rəsmi nümayəndəsi Yunanıstanın etiraz üzündən planın baş tutmadığını açıqlayıb. Hazırda Pentaqon yükü göndərmək üçün başqa marşrut axtarır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR