Bank Of Baku

Riqada hökumət əleyhinə keçirilən etiraz aksiyası zamanı polislə mitinqçilər arasında toqquşma baş verib

Riqada hökumət əleyhinə keçirilən etiraz aksiyası zamanı polislə mitinqçilər arasında toqquşma baş verib
# 14 yanvar 2009 07:55 (UTC +04:00)
Riqa – APA. Yanvarın 13-də axşam Latviyanın paytaxtı Riqada kütləvi etiraz aksiyası keçirilib. APA-nın “DELFİ” agentliyinə istinadən verdiyi məlumata görə, şəhərin mərkəzi meydanına toplaşan minlərlə insan hökumətin istefasını, parlamentin buraxılmasını və prezidentin xalq tərəfindən seçilməsini tələb edib. Əllərində “Yeni iş yerləri yaradın!”, “Yalanlara son qoyun!” yazılmış plakatlar tutan insanlar hökumətin iqtisadi siyasətini pisləyiblər. Keçmiş iqtisadiyyat naziri Ayqar Ştokenberqsin “Fərqli siyasət” Partiyasının təşkil etdiyi aksiya zamanı mitinqçilərlə polislər arasında toqquşma baş verib. Latviya Seymi (parlament) qarşısında baş verən toqquşmalarda xəsarət alan 28 nəfər xəstəxanaya çatdırılıb. Polis 126 nəfəri saxlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR