Bank Of Baku

Joze Manuel Barrozu: “Avropa şirkətləri Rusiya və Ukraynanın qaz konsernlərini məhkəməyə verməli olacaq”

Joze Manuel Barrozu: “Avropa şirkətləri Rusiya və Ukraynanın qaz konsernlərini məhkəməyə verməli olacaq”
# 14 yanvar 2009 11:57 (UTC +04:00)
Brüssel-APA. Avropa Komissiyası Avropa İttifaqı şirkətlərinə yanacaq təminatında fasilələrə yol verdiyi üçün Ukrayna və Rusiya qaz konsernlərini məhkəməyə verməyi tövsiyə edəcək. APA-nın məlumatına görə, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu bildirib ki, əgər Ukrayna, Rusiya və Avropa İttifaqı arasında qaz nəqlinin bərpasına dair saziş yerinə yetirilməsə, Aİ şirkətləri qarşı tərəfi məhkəməyə verməyə məcbur olacaq: “Artıq yaranmış vəziyyət dözülməzdir”. Qeyd edək ki, “Qazprom” Ukraynaya qaz nəqlini yanvarın 7-dən dayandırıb. Dünəndən qaz nəqli test rejimində bərpa olunsa da, “Qazprom” yenidən “Naftoqaz”ı Avropaya qaz nəqlinə maneçilik törətməkdə ittiham edib. Ukrayna şirkəti də Avropaya qaz nəqlini həyata keçirmədiyini etiraf edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR