Bank Of Baku

Türkiyənin ünlü mafiya başçısı Ələddin Çakıcının səhhəti qəfil pisləşib

Türkiyənin ünlü mafiya başçısı Ələddin Çakıcının səhhəti qəfil pisləşib
# 14 yanvar 2009 13:18 (UTC +04:00)
Kocaeli-APA. Kocaeli həbsxanasında saxlanan tanınmış mafiya rəhbəri Ələddin Çakıcının səhhəti qəfil pisləşib. APA-nın məlumatına görə, boyun nahiyəsində kəskin ağrılar olan və burnundan qan açılan Əlddəni Çakıcı təcili olaraq xəstəxanaya çatdırılıb. Həkum nəzarəti altında olan Çakıcının ürək-damar tıxanmasından əziyyət çəkdiyi bildirilir. Qeyd edək ki, Ələddin Çakıcı bundan əvvəl iki dəfə də xəstəxanaya gətirilib və həkimlər müayinədən sonra onun ürəyində ciddi problemlər olduğu qənaətinə gəliblər. Ələddin Çakıcının ürək damarlarından birində tromb olduğu, qaraciyər, döş və onurğasında güclü ağrılardan əziyyət çəkdiyi bildirilir. Qeyd edək ki, müxtəlif cinayətlərə görə 40 ildən artıq həbs cəzasına məhkum edilən Ələddin Çakıcı Türkiyədə məşhur insanlardan biridir. O, “Kurtlar vadisi” serialının baş qəhrəmanlarından Süleyman Çakırın həyatdakı prototipi hesab olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR