Bank Of Baku

Bosniya müsəlmanlarına qarşı cinayətlərdə şübhəli bilinən serb ordusunun keçmiş zabiti həbs edilib

Bosniya müsəlmanlarına qarşı cinayətlərdə şübhəli bilinən serb ordusunun keçmiş zabiti həbs edilib
# 15 yanvar 2009 07:38 (UTC +04:00)
Sarayevo – APA. Bosniya polisi 1990-cı illərdə gedən müharibə zamanı müsəlmanlara qarşı hərbi cinayətlər törətməkdə şübhəli bilinən serb ordusunun keçmiş zabitini həbs edib. APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, Perkoviç soyadlı 64 yaşlı şəxs Roqatitsa şəhərində yaxalanıb. O, 1992-ci ildə bu şəhərdəki müsəlman əhalisinin qovulmasında fəal iştirak edib. Perkoviçin işinə Bosniya və Herseqovinada hərbi cinayətlərlə bağlı yaradılmış məhkəmə baxacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR