Bank Of Baku

Avropa Parlamenti Belarusda demokratiyanın vəziyyətinə dair qətnamə qəbul edib

Avropa Parlamenti Belarusda demokratiyanın vəziyyətinə dair qətnamə qəbul edib
# 15 yanvar 2009 14:16 (UTC +04:00)
Brüssel. Aleksandr Kin-APA. Avropa Parlamenti Belarusla münasibətləri yalnız bu ölkədə demokratikləşmə prosesi başladıqdan sonra normallaşdırmaq niyyətindədir. APA-nın Brüsseldəki xüsusi müxbirinin verdiyi məlumata görə, söhbət bu gün Avropa Parlamentində qəbul olunmuş qətnamədən gedir. Parlament üzvlərinin 551 nəfəri qətnamənin lehinə, 15-i əleyhinə səs verib, 31 deputat isə bitərəf qalıb. Qətnamədə Belarusdan siyasi məhbusları azadlığa buraxmaq, söz azadlığına qarantiya vermək, seçki qanunvericiliyinin təkmilləşdirilməsi məsələsində ATƏT-lə əməkdaşlığı davam etdirmək, qeyri-hökumət təşkilatlarının fəaliyyətinə münbit şərait yaratmaq, siyasi toplantı və aksiyaların keçirilməsi azadlığını təmin etmək tələb olunur. Deputatlar həmçinin rəsmi Minski insan hüquqlarına hörmətlə yanaşmağa, bununla bağlı Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər etməyə, milli azlıqlara münasibəti yaxşılaşdırmağa, ictimai təşkilatların qeydiyyatı üçün yaradılmış əngəlləri aradan qaldırmağa çağırıblar. Qətnamədə Belarusda ölüm hökmünü hələ də qüvvədə qalması pislənib. Bununla belə deputatlar ölkədə demokratikləşmə istiqamətində atılan addımları, o cümlədən Aleksandr Milinkeviçin “Azadlıq uğrunda” hərəkatının qeydiyyata alınmasını, müstəqil qəzetlərin nəşrinə yenidən icazə verilməsini alqışlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR