Bank Of Baku

Avropa Parlamenti Qəzza sektorunda atəşi dərhal dayandırmağa çağırıb

Avropa Parlamenti Qəzza sektorunda atəşi dərhal dayandırmağa çağırıb
# 15 yanvar 2009 14:34 (UTC +04:00)
Brüssel. Aleksandr Kin – APA. Avropa Parlamenti Qəzza sektorunda atəşin dərhal dayandırılmasını istəyir. APA-nın Brüsseldə olan müxbirinin məlumatına görə, Avropa Parlamentini Strasburqda keçirilən iclasında qəbul olunan qətnamədə İsrail və HAMAS hərəkatı atəşi dayandırmağa çağırılır. Parlamentarlar problemin danışıqlar yolu ilə həlli və beynəlxalq müşahidəçilərin buna qarantiya verməsinin zəruriliyini vurğulayıblar. Onlar Avropa Birliyinin və Misirin atəşin dayandırılması yönündə səylərini alqışlayaraq İsrail hökumətini jurnalistləri Qəzzaya buraxmağa səsləyiblər. Qətnamədə avropalı deputatların Qəzzanın mülki əhalisinin iztirablarından şoka düşdüyü qeyd olunur və mülki obyektlərin hədəfə çevrilməsindən təəssüf ifadə edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR