Bank Of Baku

Avropa Parlamenti Srebrenitsa qurbanları üçün anım günü müəyyənləşdirməyi təklif edib

Avropa Parlamenti Srebrenitsa qurbanları üçün anım günü müəyyənləşdirməyi təklif edib
# 15 yanvar 2009 16:53 (UTC +04:00)
Brüssel. Aleksandr Kin – APA. Avropa Parlamenti Bosniyanın Srebrenitsa şəhərində baş vermiş kütləvi qətllərin qurbanları üçün anım günü müəyyənləşdirmək təklifini irəli sürüb. APA-nın Brüsseldə olan müxbirinin verdiyi məlumata görə, Avropa Parlamenti bu gün Strasburqda keçirilən toplantısında bununla bağlı qətnamə qəbul edib. Qərarın lehinə 556, əleyhinə 9 deputat səs verib, 22 nəfər isə bitərəf qalıb. Deputatlar Avropa Birliyini 11 iyulu Srebrenitsa soyqırımı qurbanlarını anım günü kimi müəyyənləşdirməyə çağırıblar.

Xatırladaq ki, 1995-ci ilin iyulunda Bosniya serblərinin silahlı dəstələri Srebrenitsada 8 mindən çox müsəlmanı qətlə yetirib, 25 mindən çox insan zorla öz torpaqlarından qovulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR