Bank Of Baku

Bursa bələdiyyəsinin sədri AKP-dən istefa verib

Bursa bələdiyyəsinin sədri AKP-dən istefa verib
# 16 yanvar 2009 08:34 (UTC +04:00)
Bursa - APA. Türkiyənin ən böyük şəhərlərindən biri olan Bursanın bələdiyyə sədri üzvü olduğu Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verib. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, Bursa bələdiyyəsinin sədri Hikmət Şahin istefa ərizəsini notariusda təsdiqlətdirərək AKP-nin şəhər təşkilatına göndərib. H. Şahinin Demokrat Partiyasına üzv olaraq bu partiyadan yenidən bələdiyyə sədrliyinə namizəd göstəriləcəyi xəbər verilir.
Qeyd edək ki, AKP Bursa bələdiyyəsi sədrliyinə şəhərin Osmanqazi rayon bələdiyyəsinin sədri Rəcəb Altəpənin namizədliyini irəli sürüb. Türkiyədə bələdiyyə seçkiləri martın 29-da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR