Bank Of Baku

“Malkoçoğlu” qarət olunub

“Malkoçoğlu” qarət olunub
# 16 yanvar 2009 08:37 (UTC +04:00)
İstanbul – APA. Türk filmlərində tarixi qəhrəmanları canlandıran məşhur aktyor Cüneyd Arkının evi qarət olunub. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, C. Arkının İstanbulun Beşiktaş rayonu ərazisindəki evinə girən oğrular 4 min lirə pul, bir cib telefonu və həyətdəki 2 avtomobilin açarlarını götürərək həmin avtomobillərə minib, aradan çıxıblar. “Malkoçoğlu”, “Qara Murad” kimi tarixi obrazları canlandırmış C. Arkın hadisə zamanı yatırmış. Oğurluğu səhər oyandıqdan sonra fərq edən aktyor polisə gedərək şikayət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR