Bank Of Baku

AŞ PA-nın qış sessiyasının gündəliyinə Qəzza zolağında vəziyyətin müzakirəsi daxil edilib

AŞ PA-nın qış sessiyasının gündəliyinə Qəzza zolağında vəziyyətin müzakirəsi daxil edilib
# 16 yanvar 2009 08:57 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Avropa Şurası Parlament Assambleyasının yanvarın 26-30-da Strasburqda keçirilən qış sessiyasında ümumdünya maliyyə böhranı və Qəzza zolağında vəziyyətlə bağlı dinləmələr keçirilməsi nəzərdə tutulur. APA-nın məlumatına görə, AŞ PA Bürosu bu məsələlərin sessiyanın gündəliyinə daxil olunmasını təklif edib və təklif qəbul olunub. Qeyd edək ki, sessiyada həmçinin Gürcüstan-Rusiya hərbi münaqişəyə dair 1633 saylı qətnamənin və münaqişənin humanitar nəticələrinin müzakirəsi nəzərdə tutulub. Bundan başqa qış sessiyasının gündəliyinə AŞ PA-nın Ermənistanla bağlı qəbul etdiyi 1609 və 1620 saylı qətnamələrin bu ölkə tərəfindən icrası məsələsi də müzakirə olunmalıdır. Müzakirələrin nəticələri əsasında AŞ PA Ermənistan nümayəndə heyətinin bu qurumda səsvermə hüququndan məhrum edilib-edilməməsi məsələsinə baxacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR