Bank Of Baku

“Ergenekon” işi ilə bağlı haqqında axtarış elan olunan Bədrəddin Dalanın ürəyində cərrahiyyə əməliyyatı aparılacaq

“Ergenekon” işi ilə bağlı haqqında axtarış elan olunan Bədrəddin Dalanın ürəyində cərrahiyyə əməliyyatı aparılacaq
# 16 yanvar 2009 09:05 (UTC +04:00)
İstanbul-APA. Haqqında axtarış elan olunan Yedditepe Universitetinin sahibi Bədrəddin Dalanın səhhəti qəfildən pisləşib. APA-nın məlumatına görə, “Ergenekon” təşkilatının üzvü olduğu bildirilən Bədrəddin Dalan səhhətindəki problemlərlə bağlı Mayami Universitetinin xəstəxanasına aparılıb. Sol arteriya damarında tromb olduğu müəyyənləşən Dalanın üzərində bazar ertəsi cərrahiyyə əməliyyatı aparılacaq. Bədrəddin Dalan mətbuata verdiyi açıqlamada xəstəxanaya aparılması barədə məlumatları təsdiqləyib: “Ürəyimdə uzun zamandır problemlər var. Baş verən son hadisələrlə əlaqədar ağır stress keçirməyim ürəyə də təsiri göstərib. Uşaqlarım Yedditəpə Universitetinin tibb fakültəsinin xəstəxanasında müalicə olunmağımı istədilər, amma buna razılaşmadım. Sol arteriya damarımda tromb olduğunu çoxdan bilirdim. Xəstəlik artıq kəskinləşməkdədir. Bazar ertəsi əməliyyat olunacağam”. Qeyd edək ki, haqqında axtarış elan olunan Bədrəddin Dalanın qondarma “Ergenekon” terror təşkilatının üzvü olduğu iddia edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR