Bank Of Baku

“Ergenekon”un rəhbəri olduğu iddia edilən İsmayıl Haqqı Karadayı: “Vəli Kiçik adlı adam tanımıram”

“Ergenekon”un rəhbəri olduğu iddia edilən İsmayıl Haqqı Karadayı: “Vəli Kiçik adlı adam tanımıram”
# 16 yanvar 2009 09:23 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Türkiyə Silahlı Qüvvələri Baş Qərargahını sabiq rəisi, general İsmayıl Haqqı Karadayı söyləyib. Qeyd edək ki, Tuncay Güney televiziya ilə yayımlanan açıqlamalarında “Ergenekon” adlanan təşkilatın arxasında türk generallarının durduğunu bildirib və onların sırasında İsmayıl Haqqı Qaradayının da adını çəkib. İsmayıl Haqqı Qaradayı bu işdə onun adının çəkilməsini sərsəmləmə adlandırıb: “Orduda xidmət etdiyim 50 il ərzində bu cür rəzalət və hoqqabazlıq görmədim. Belə hoqqabazlığı yuxuda da görsəm, inanmazdım. Mənim “Ergenekon” deyilən təşkilatın rəhbəri olduğum barədə də fikirlər səslənir. Bu cür fikirlərə gülməyim gəlir. Görün, Türkiyə nə vəziyyətə düşüb? Belə hadisələr qəlbimi incidir. Mən “Ergenekon” adlı təşkilat, onun üzvləri deyə heç kəsi tanımıram. Ölkəsinə, millətinə şərəflə xidmət etmiş istefada olan general dostlarımın bu adamlarla heç bir əlaqəsi yoxdur. Onları bu işlərə qarışdırmağa, türk ordusuna ləkə yaxmağa çalışırlar”. İsmayıl Haqqı Qaradayı həmçinin Vəli Kiçik paşanı da tanımadığını deyib: “Mən Vəli Kiçik adında heç zaman tanımamışam. Türkiyə Silahlı Qüvvələrinə rəhbərlik etdiyim dövrdə də “Ergenekon” adlı təşkilat barədə heç nə eşitməmişəm. Belə bir təşkilatlanma olduğunu bilsəm, dərhal müdaxilə edərdim. Hətta bu məsələ ortaya çıxanda Yaşar Böyükanıtdan “Ergenekon”un nə olduğunu soruşdum. O da bir təhqiqat aparıldığını və bu işə “Ergenekon” adı verildiyini dedi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR