“Ergenekon”un 12-ci dalğasında həbs olunanların sayının 62-yə çatacağı bildirilir
13 aprel 2009 16:57 (UTC +04:00)
Ankara – APA. Türkiyədə terror təşkilatı olduğu iddia edilən “Ergenekon”la bağlı 12-ci həbs dalğası Ankara, İstanbul, Trabzon, Antalya, Mersin, Adana, İzmir, Bursa, Samsun, Giresun, Diyarbəkir, Şanlıurfa, Van və Qars şəhərlərini əhatə edib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı professorlar - Ankaradakı Başkənd Universitetinin sahibi və rektoru Mehmet Haberal, Giresun Universitetinin rektoru Osman Mətin Öztürk, Bursa Uludağ Universitetinin sabiq rektoru, Atatürkçü Düşüncə Dərnəyinin sədr əvəzi Mustafa Yurdquran, Samsun 19 May Universitetinin keçmiş rektoru Fərid Bernay, Malatya İnönü Universitetinin sabiq rektoru Fateh Hilmioğlu, “Cumhuriyet” qəzetinin yazarı, iqtisadçı alim Erol Manisalı, həmçinin “Doğan Gazetecilik” şirkətinin İcra Komitəsinin üzvü Tijen Mergen və bir sıra digər şəxslər həbs edilib. Həbs olunanların evlərində, iş yerlərində - ümumilikdə 83 ünvanda axtarış aparılıb, çoxlu sayda sənəd, yazılı materiallar, hard-disklər, CD-lər müsadirə edilib. Həbs edilənlərin sayının 62-yə çatacağı bildirilir.
Qeyd edək ki, “Ergenekon”la bağlı ilyarım ərzində aparılan 11 həbs dalğasında yüzlərlə insan həbs edilib. Sonradan onların bir qismi haqqında həbs-qətimkan tədbiri dəyişdirilib. Bu günə qədər “Ergenekon” işi üzrə 2 ittihamnamə hazırlanıb. 1-ci ittihamnamə üzrə məhkəmə prosesi davam edir.
Qeyd edək ki, “Ergenekon”la bağlı ilyarım ərzində aparılan 11 həbs dalğasında yüzlərlə insan həbs edilib. Sonradan onların bir qismi haqqında həbs-qətimkan tədbiri dəyişdirilib. Bu günə qədər “Ergenekon” işi üzrə 2 ittihamnamə hazırlanıb. 1-ci ittihamnamə üzrə məhkəmə prosesi davam edir.
Avropa
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
21:43
19 may 2024
Reuters: Slovakiya Fikonu öldürməyə cəhd edən şəxsin təkbaşına hərəkət etmədiyi versiyasını yoxlayır
18:57
19 may 2024
Business Insider: NATO-nun artıq Ukrayna üzərində səmanı necə qorumaq modeli var
18:38
19 may 2024
Dunay çayında motorlu qayıqla sərnişin gəmisi toqquşub, iki nəfər ölüb, beş nəfər itkin düşüb
15:35
19 may 2024