İsrail İsveçrədəki səfirini geri çağırıb
20 aprel 2009 12:27 (UTC +04:00)
Tel-Əviv – APA. İsrailin xarici işlər naziri Aviqdor Liberman ölkənin İsveçrədəki səfiri İlan Elqarı məsləhətləşmələr üçün geri çağırıb. APA-nın “Teh Jerusalem Post” qəzetinə istinadən verdiyi xəbərə görə, diplomatik demarşçın səbəbi BMT-nin İsveçrədə təşkil edilən irqçiliyə qarşı sammitinə İran prezidenti Mahmud Əhmədinejatın da dəvət olunmasıdır. İsrail XİN-dən xatırladıblar ki, M. Əhmədinejat Holokostu (yəhudi soyqırımı) inkar edir və dəfələrlə İsraili yer üzündən silməyin vacibliyini bildirib.
Qeyd edək ki, BMT sammitində M. Əhmədinejatın çıxışı nəzərdə tutulur. Onun İsveçrə prezidenti Hans Rudolf Merts tərəfindən qəbul edilməsi yerli yəhudi icmasının etirazına səbəb olub.
Qeyd edək ki, BMT sammitində M. Əhmədinejatın çıxışı nəzərdə tutulur. Onun İsveçrə prezidenti Hans Rudolf Merts tərəfindən qəbul edilməsi yerli yəhudi icmasının etirazına səbəb olub.
Avropa
Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb
15:12
7 may 2024
NATO Baş katibi Belarusun müxalifət liderini qəbul edib
14:13
7 may 2024
Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının hüquqi statusu ilə bağlı sənəd qüvvəyə minib
13:12
7 may 2024
Polşa hökumətinin xüsusi iclas keçirəcəyi otaqda dinləmə cihazları aşkarlanıb
12:30
7 may 2024