Mahmud Əhmədinejatın BMT-nin tədbirindəki çıxışı qalmaqala səbəb olub
21 aprel 2009 08:41 (UTC +04:00)
Cenevrə - APA. BMT-nin dünyada irqçiliklə mübarizə mövzusunda İsveçrənin Cenevrə şəhərində keçirdiyi konfransda qalmaqal baş verib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, İran prezidenti Mahmud Əhmədinejatın çıxışı zamanı zalda gərginlik yaranıb. M. Əhmədinejat İsraili “vəhşi və ən irqçi rejim” adlandırdıqdan sonra kloun geyimində bir nəfər ayağa qalxaraq “irqçi, irqçi” deyə qışqırıb və klounların burunlarına taxdıqları qırmızı topu ona doğru atıb. Bəzi Avropa ölkələrinin nümayəndə heyətləri isə zal tərk ediblər. İran prezidentindən sonra kürsüyə çıxan Norveçin xarici işlər naziri Jonas Kahr Store M. Əhmədinejatın sözlərinin konfransın ruhuna zidd olduğunu bildirib. Daha sonra təxminən 100 yəhudi M. Əhmədinejatın mətbuat konfransı keçirməsini əngəlləyib.
Avropa
Aİ Rusiyanın maye qazına qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır
07:25
5 may 2024
Makron Rusiya ilə dialoqun davam etdirilməsinin vacibliyini bəyan edib
04:02
5 may 2024
Serbiya yanğınsöndürənləri dərədə azan rusiya vətəndaşlarını xilas ediblər
01:15
5 may 2024
Estoniya Ukrayna ilə bağlı mövqeyində Fransa ilə həmrəy olduğunu bildirib
00:49
5 may 2024