Bank Of Baku

AKP-dən Türkiyə Böyük Millət Məclisi sədrliyinə namizəd olan Mehmet Əli Şahin görüşlərə başlayıb

AKP-dən Türkiyə Böyük Millət Məclisi sədrliyinə namizəd olan Mehmet Əli Şahin görüşlərə başlayıb
# 04 avqust 2009 13:00 (UTC +04:00)
Bakı-APA. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) Türkiyə Böyük Millət Məclisi (TBMM) sədrliyinə namizəd göstərilən Mehmet Əli Şahin görüşlərə başlayıb. APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Mehmet Əli Şahin Demokratik Sol Partiyanın (DSP) baş katibi Hasan Erçelebini partiyanın mərkəzi qərargahında ziyarət edib. Sədrliyə namizəd görüşdə Türkiyədə yeni bir vəzifənin şərəfli bir məsuliyyəti ilə qarşı-qarşıya olduğunu açıqlayıb. Namizəd DSP-dən sonra Demokratik Türkiyə Partiyasını (DTP) ziyarət edəcəyini qeyd edərək onu da bildirib ki, Cümhuriyyət Xalq Partiyasında (CHP) bu gün qrup toplantıları olduğu üçün bu partiyanın təmsilçiləri ilə görüş keçirmək mümkün olmayacaq.
Mehmet Əli Şahin görüşlə bağlı Milliyyətçi Hərəkat Partiyasından (MHP) hələlik cavab almadığını söyləyib. TBMM sədrliyinə namizəd bu seçimin Türkiyə üçün xeyirli olmasını arzulayaraq “Məclis başqanlığı son dərəcə önəmli və həssas bir vəzifədir. O səbəbdən məclis sədri seçildiyim halda tərəfsiz mövqe göstərməyə çalışacağam” deyib.
Qeyd edək ki, Türkiyənin keçmiş ədliyyə naziri Mehmet Əli Şahin hazırda AKP-nin Antalya millət vəkilidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR