Bank Of Baku

Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyində dəyişikliklər olub

Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyində dəyişikliklər olub
# 04 avqust 2009 13:24 (UTC +04:00)
Bakı – APA. Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyində bir sıra kadr dəyişiklikləri baş verib. APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Yüksək Əsgəri Şuranın toplantısında bəzi generallar təqaüdə göndərilib.
Təqaüd yaşına çatmış Dəniz Qüvvələri Komandanı Mətin Ataçın yerinə Donanma komandanı Əşrəf Uğur Yiğit, Hava Qüvvələri komandanı Aydoğan Babaoğlunun yerinə Hərb Akademiyaları komandanı Həsən Aksay təyin edilib.
Gözlənildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İlkər Başbuğ, Quru Qüvvələri komandanı İşık Koşaner və Jandarma Qüvvələri komandanı Atilla İşıkın səlahiyyət müddətləri bir il artırılıb.
Avqustun 30-dan qüvvəyə minəcək qərarlarla ümumilikdə 34 general və admirala daha yuxarı rütbə verilib, 46 polkovnik general və admiral rütbəsinə yüksəlib, 54 general və admiralın səlahiyyət müddəti isə bir il artırılıb.
Bundan başqa, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin ikinci müavini adlanan yeni vəzifə təsis olunub. Bu vəzifəyə ordu generalı Nüsret Taşdeler təyin edilib. Bununla da Yüksək Əsgəri Şuranın üzvü olan generalların sayı 15-ə çatıb.
Yüksək Əsgəri Şura “irticaçı görüşləri mənimsəyən və bu kimi fəaliyyətlərdə bulunan” üç nəfərin Türkiyə Silahlı Qüvvələrindən xaric olunmasına qərar verib. Həmin şəxslərin adları açıqlanmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR