Bank Of Baku

NATO-nun Maddi-Texniki Təchizat Agentliyinə yeni baş direktor təyin edilib

NATO-nun Maddi-Texniki Təchizat Agentliyinə yeni baş direktor təyin edilib
# 04 avqust 2009 16:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. NATO-nun Maddi-Texniki Təchizat Agentliyinə (NAMSA) yeni baş direktor təyin edilib. Bu barədə APA-ya NATO-nun mətbuat mərkəzindən məlumat verilib.

Yunanıstandan olan yeni NAMSA rəhbəri general-mayor Antonios Çatzidakis bu postda almaniyalı Karl Haynz Münzeri əvəz edib.

Alyans əməliyyatlarına logistik dəstəyi təmin edən NAMSA silah sistemlərinin istehsalı, təchizat, konversiya və s. əməliyyatlara cavabdehlik daşıyır. NAMSA-nın 2008-ci ildə göstərdiyi xidmətlərin dəyəri 1,1 mlrd. avro olub.

Qeyd edək ki, NAMSA NATO-nun Azərbaycanla ən sıx işləyən strukturudur. Agentliyin maddi və texniki dəstəyi ilə Azərbaycanda sovet hərbi bazalarında qalmış 1500 ton təhlükəli raket yanacağı olan melanj zərərsizləşdirilib. NAMSA-nın maliyyələşdirdiyi ən böyük konversiya layihəsi olan «Partlamamış hərbi sursatların ləğvi üzrə Saloğlu layihəsi» isə hazırda icra olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR