Bank Of Baku

Türkiyənin baş naziri kürd probleminin həlli ilə bağlı Demokratik Toplum Partiyasının lideri ilə görüşüb

Türkiyənin baş naziri kürd probleminin həlli ilə bağlı Demokratik Toplum Partiyasının lideri ilə görüşüb
# 05 avqust 2009 14:11 (UTC +04:00)
Bakı – APA. Bu gün Türkiyənin baş naziri, hakim Ədalət və Qalxınma Partiyasının (AKP) lideri Rəcəb Tayyib Ərdoğan Demokratik Toplum Partiyasının (DTP) lideri Əhməd Türk ilə görüşüb. APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bir saat çəkən görüş AKP-nin Türkiyə Böyük Millət Məclisindəki qərargahında keçirilib.
Görüşün keçirilməsində məqsəd kürd probleminin müzakirəsi olub. Qeyd edək ki, R.T.Ərdoğanın kürd separatçılarının siyasi qolu sayılan DTP-nin lideri ilə görüşməsi Türkiyədə birmənalı qarşılanmayıb. Bu səbəbdən AKP rəsmi açıqlama yayaraq, R.T.Ərdoğanın Ə.Türklə baş nazir kimi deyil, AKP lideri kimi görüşdüyünü bildirib. Görüşdə AKP tərəfdən daxili işlər naziri Bəşir Atalay və parlament fraksiyasının sədr müavini Bəkir Bozdağ, DTP-dən isə Əminə Ayna və Səlahəddin Dəmirtaş iştirak ediblər.
Maraqlıdır ki, AKP və DTP liderləri birlikdə media qarşısına çıxmayıblar. Onlar ayrı-ayrılıqda açıqlama yayıblar. R.T.Ərdoğan mətbuat üçün yazılı açıqlamasında gələcəklə bağlı ümidlərinin artdığını bildirib. Ə.Türk də danışıqların gedişindən razı qaldığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR