Bank Of Baku

Bu gün Rusiyanın baş naziri Vladimir Putin Türkiyəyə işgüzar səfər edəcək

Bu gün Rusiyanın baş naziri Vladimir Putin Türkiyəyə işgüzar səfər edəcək
# 06 avqust 2009 07:44 (UTC +04:00)
Türkiyə mətbuatının yazdığına görə, Ankaranın Esenboğa hava limanına Moskvadan havaya qalxan üç təyyarə enəcək. Adətən səfərlərə iki təyyarə ilə gedən Putinin təyyarəsindən bir saat öncə Rusiyanın rəsmi nümayəndə heyətini daşıyan təyyarə, bir saat sonra isə ehtiyat təyyarə enəcək. Bundan başqa, Rusiya baş naziri üçün Ankaraya üç avtomobil də göndərilib. Onlardan birini Putin özü idarə edəcək, digəri xidməti avtomobil olacaq, üçüncüsü isə kortejdə ehtiyat maşın kimi hərəkət edəcək.
Rusiya baş nazirinin səfəri ilə bağlı Ankarada geniş təhlükəsizlik tədbirləri görülüb. İki min türk polisinin qoruyacağı Putin üçün Rusiyadan 40 mühafizəçi göndərilib. Baş nazirlə birlikdə təyyarədə daha yeddi mühafizəçi olacaq.
Putinin səfəri saat 17:00-da başa çatacaq. Rusiya baş nazirinin türkiyəli həmkarı ilə bir sıra regional və beynəlxalq məsələləri müzakirə edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR