Bank Of Baku

Rusiyanın baş naziri Vladimir Putinin Türkiyəyə işgüzar səfəri başlayıb

Rusiyanın baş naziri Vladimir Putinin Türkiyəyə işgüzar səfəri başlayıb
# 06 avqust 2009 12:08 (UTC +04:00)
Rusiya baş nazirini Ankara valisinin müavini Fevzi Günəş, Türkiyə XİN-in nümayəndələri və Rusiya baş nazirinin müavini İqor Seçin qarşilayıblar. V.Putin dərhal Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşə yollanıb. Səfər proqramına türkiyə prezidenti Abdullah Gül ilə görüş də daxildir. Müzakirələrdə “Mavi Axın-2” təbii qaz kəmərinin tikilməsi və İsrailə qədər uzadılması, Samsun-Ceyhan boru kəməri, “Cənub Axını” qaz kəmərinin Türkiyənin sahil sularından keçməsi, Tuz gölü ətrafında rus şirkəti tərəfindən təbii qaz anbarının tikilməsi, Rusiya gömrüyündə Türkiyə şirkətlərinə aid yük maşınlarının sərt yoxlanılmasının yumşaldılması və s. məsələlər əsas yer tutacaq. Türkiyə və Rusiya baş nazirləri 9 sənədə imza atacaq.
Qeyd edək ki, bu gün İtaliyanın baş naziri Silvio Berluskoninin də Ankaraya gələcəyi və Vladimir Putinlə görüşlərə qatılacağı gözlənilir. Putin, Ərdoğan və Berluskoni “Cənub Axını” layihəsi ilə bağlı sənədi isə imzalayacaqlar.
Bu arada Türkiyə ilə Rusiya arasında nüvə enerjisi sahəsində əməkdaşlığa etiraz edən “Yaşıllar” hərəkatının üzvləri Ankarada V.Putinin səfəri əleyhinə etiraz aksiyası keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR