Bank Of Baku

Havyer Solana: “Şərq tərəfdaşlığı” proqramı münaqişələrin həlli məqsədilə düşünülməyib”

Havyer Solana: “Şərq tərəfdaşlığı” proqramı münaqişələrin həlli məqsədilə düşünülməyib”
# 07 avqust 2009 13:43 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Şərq tərəfdaşlığı” proqramı ilkin olaraq münaqişələrin həlli məqsədilə düşünülməyib. Ayrı-ayrı münaqişələr artıq mövcud olan danışıqlar formatında həll olunmalıdır. APA-nın Gazeta.ru-ya istinadən xəbərinə görə, bunu Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Havyer Solana bəyan edib.
“Avropa Birliyi artıq müxtəlif kanallarla bizim şərq qonşularımızda olan konfliktlərin həlli prosesinə qoşulub. AB Cenevrədə Gürcüstan məsələsinə dair beynəlxalq məsləhətləşmələrdə aktiv rol oynayır. Biz Dnestryanı münaqişə üzrə “5+2” formatlı danışıqlarda aktiv iştirak edirik, Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunu tam dəstəkləyirik. AB-nin Gürcüstan, Cənubi Qafqaz və Moldova üzrə xüsusi nümayəndələri tez-tez regionlara səfər edir, münaqişə tərəflərinə bizim beynəlxalq tərəfdaşlarımız və maraqlı tərəflərlə əməkdaşlıq şəraitində həll yolu tapmağa kömək edirlər. “Şərq tərəfdaşlığı” proqramının çoxmillətli formatı bu məsələləri müzakirə etməyə yaxşı imkan və meydan verir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR