Bank Of Baku

Ərdoğan: Türkiyə “Nabucco” layihəsini “Cənub Axın” layihəsinə alternativ yox, paralel sayır

Ərdoğan: Türkiyə “Nabucco” layihəsini “Cənub Axın” layihəsinə alternativ yox, paralel sayır
# 07 avqust 2009 15:52 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Türkiyə “Nabucco” layihəsini “Cənub Axın” layihəsinə alternativ yox, paralel sayır. APA-nın “Euronews”a istinadən xəbərinə görə, bu bəyanatla Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış edib.
Qeyd edək ki, avqustun 6-da Türkiyə Rusiyanın “Cənub Axın” layihəsində iştirak etməyə razılıq verib. Layihənin dəyəri 10 milyard avro, nəqletmə gücü ildə 63 milyard kub metrdir.
Türkiyə həmçinin “Nabucco” enerji layihəsini də dəstəkləyir. İyulun 13-də Ankarada “Nabucco” qaz kəmərinin tikintisinə dair hökumətlərarası saziş imzalanıb. Sazişə Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya qoşulub. 7,9 milyard avro dəyərində qiymətləndirilən qaz kəmərinin nəqletmə gücü ildə 26-32 milyard kub metr olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR