Bank Of Baku

Almaniya yəhudiləri Adolf Hitlerin “Mənim mübarizəm” kitabının yenidən çap olunması təşəbbüsü ilə çıxış ediblər

Almaniya yəhudiləri Adolf Hitlerin “Mənim mübarizəm” kitabının yenidən çap olunması təşəbbüsü ilə çıxış ediblər
# 11 avqust 2009 07:37 (UTC +04:00)
Bakı – APA. Almaniyada yaşayan yəhudilər Adolf Hitlerin “Mənim mübarizəm” (“Mein Kampf”) kitabının yenidən çap olunması təşəbbüsü ilə çıxış ediblər. APA-nın məlumatına görə, təşəbbüs Almaniya Yəhudilər Mərkəzi Şurasına məxsusdur.
Qurumun baş katibi Stefan Kramer təkliflərini belə əsaslandırıb: “Bugünkü neonasistlərin edə biləcəklərinə qarşı hazır olmalıyıq. Gələcək nəsillər də nasizmin nə qədər şeytani bir şey olduğunu bilməlidir”.
Maraqlıdır ki, 2015-ci ilə qədər kitabın yayın haqlarını əldə edən Bavyera torpağı yəhudilərin bu təşəbbüsünə qarşı çıxıb.
İkinci Dünya müharibəsində Avropanı qana bələyən, yəhudiləri qaz sobalarında yandıran və 50 milyon insanın ölümünə səbəb olan Adolf Hitlerin “Mənim mübarizəm” (“Mein Kampf”) kitabının çap olunması dünyanın bir çox ölkələrində, o cümlədən Almaniyada qadağan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR